“Milan”ın yarımmüdafiəçisi İsmael Bennaser karyerasını Xorvatiyada davam etdirəcək.
İdmanxeber.az xəbər verir ki, 27 yaşlı əlcəzairli futbolçu “Dinamo Zaqreb”ə icarəyə verilib. Tərəflər arasında anlaşma 2025/26 mövsümünün sonuna qədər nəzərdə tutulub. Müqavilədə xorvat klubunun Bennaseri birdəfəlik transfer etmək hüququ da yer alıb.
Bennaserin “Milan”la müqaviləsi 2027-ci ilin iyununda başa çatacaq. O, ötən mövsümün ikinci yarısını icarə əsasında “Marsel”də keçirib və 12 matçda 2 asistlə yadda qalıb.

