Milli komanda

Milli komandamız Olimpiya stadionundan imtina etdi

Sabah DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Norveçlə qarşılaşacaq Azərbaycan milli komandası hazırda oyun öncəsi son məşqinə çıxmağa hazırlaşır.

İdmanxeber.com-un məlumatına görə, son məşqi oyunun keçiriləcəyi Olimpiya stadionunda keçməli olan milli komandamız burada hazırlıq keçməkdən imtina edib. Səbəb isə stadionun ot örtüyünün yararsız hala düşməməsi üçün atılmış addım olub.

Buna görə də, millimiz son məşqi Bakı Olimpiya stadionun yardımçı meydançasında keçir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43