Kateqoriyasız

Milli üzvü İngiltərədə növbəti oyununu keçirdi

İngiltərə I Liqasında (səviyyəcə üçüncü) IX turun oyunları keçirilib.

Azərbaycanın gənclərdən ibarət milli komandasının yarımmüdafiəçisi Serhat Taşdemirin formasını geyindiyi “Piterboro Yunayted” ksəfərdə “Tranmere” ilə heç-heçəyə razılaşıb – 2:2.

Serhat da bu qarşılaşmanın iştirakçısı olub. O, 76-cı dəqiqədə meydana buraxılıb.

“Piterboro Yunayted” 9 turdan sonra 14 xalla 24 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43