Milli komanda

Millimizə Rusiya və Türkiyədən futbolçu çağırıldı

Avqustun 17-dən 24-ə qədər Bakıda 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçiriləcək.

Hazırlıq prosesinə 26 futbolçu dəvət olunub:

Qapıçılar: Sahib Həsənov (“Keşlə”), Kamil Nəzirli (“Qəbələ”), Tural Mirsultanov (“Səbail”);

Müdafiəçilər: Emin Rüstəmov (“Səbail”), Fariz Xeyrullayev, Bahadur Quliyev, Hüseyn Məmmədzadə (hər üçü “Neftçi”), Nəriman Nağıyev (“Dinamo-2”, Moskva, Rusiya), İxtiyar Məmiyev, İbrahim Ramazanov, Nuğay Rəşidov (hər üçü “Qəbələ”), Ayxan Süleymanlı (“Zirə”), Tofiq Bayramov (“Keşlə”);

Yarımmüdafiəçilər: Firəddin Abdullayev (“Sabah”), Nəriman Axundzadə, Nicat İsmayılov (hər ikisi “Qarabağ”), Qurban Səfərov (“Keşlə”), Emil Süleymanov, Fərid Kələntərov (hər ikisi “Qəbələ”), Nurlan Quluzadə (“Fatih Karagümrük”, Türkiyə), Nurlan Musayev, Elcan Əbilov (hər ikisi “Neftçi”), Sənan Ağayev (“Sumqayıt”), Mahmud Ağayev (“Zirə”);

Hücumçular: Ağadadaş Salyanskiy (“Neftçi”), Şahmar Aşurov (“Sabah”).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43