04 İyun 2026
Ölkə futbolu

Millimiz 0:6 uduzdu

U-19 yığma komandamız Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində bu gün üçüncü yoldaşlıq oyununu keçirib.

İdmanxeber.az xəbər verir ki, Elxan Abdullayevin rəhbərlik etdiyi kollektiv Polşa yığması ilə üz-üzə gəlib.

Bu matçda yığmamız 0:6 uduzub. 

Azərbaycan (U-19) – Polşa (U-19) 0:6 

Xatırladaq ki, bundan əvvəl Azərbaycan İslandiyanı (2:1) və Farer adalarını (2:1) məğlub etmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43