İdman

Millimiz Avropa çempionatında mübarizəni dayandırdı

Bu gün 19 yaşadək qızlar arasında Avropa çempionatının seçmə mərhələsinin Bakıda keçirilən 8-ci qrupunun daha 1 oyunu keçirilib.

İdmanxeber.com-un məlumatına görə, Latviya yığması Ukrayna ilə qarşılaşıb. Bu görüşdə Ukrayna 5:2 hesabı ilə qalib gəlib.

Bununla da sona bir tur qalmış qitə turnirində mübarizəni dayandıran komandalar məlum olub. Ukraynaya 1:2, İspaniyaya isə 0:7 hesabı ilə uduzan Azərbaycan yığması və Latviya qrup mərhələsinin sonuncu pillələrini bölüşür. Qrupun son oyunlarında lider və autsayder komandalar müəyyənləşəcək. İspaniya və Ukrayna yığmaları birincilik uğrunda, Azərbaycan və Latviya yığmaları isə sonuncu pillədən xilas olmaq üçün mübarizə aparacaqlar.
Qeyd edək ki, növbəti mərhələyə 11 qrupun liderləri və 10 ən yaxşı nəticə ilə ikinci pillədə qərarlaşan komandalar yüksələcək.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43