Dünyadan

“Real” azarkeşləri üçün 2 bəd xəbər

“Real”ın futbolçuları Kriştiano Ronaldo və Qaret Beyl İspaniya La Liqasının 4-cü turunda “Espanyol”a qarşı keçiriləcək matçda oynamayacaqlar.

İdmanxeber.com-un məlumatına görə, bu barədə Madrid klubunun baş məşqçisi Zinəddin Zidan məlumat verib. O, Ronaldonun xəstələndiyini, Beylin isə zədələndiyini söyləyib.

Qeyd edək ki, “Espanyol” – “Real” matçı sabah, Bakı vaxtı ilə 22:45-də keçiriləcək.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43