16 İyun 2026
İdman

Millimiz Avropa Kubokunda mübarizəyə başlayır

Gənc cüdoçulardan ibarət Azərbaycan milli komandası Avropa Kubokunda mübarizəyə başlayır.

İdmanxeber.az xəbər verir ki, Şimali Makedoniyada keçirilən yarışın ilk günündə Nihad Məmişov, Fərid Qarayev (hər ikisi 60 kq), Mehdi Musayev, Nizami İmranov (hər ikisi 66 kq) və Abil Yusubov (73 kq) mübarizəyə start verəcək.

Xatırladaq ki, Skopyedəki turnirdə 26 ölkədən 241 cüdoçu iştirak edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43