Milli komanda

Millimiz darmadağınla qələbə qazandı

Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq çərçivəsində yoxlama oyunu keçirib.

“Keşlə”nin U-17 komandası ilə qarşılaşan yığmamız 7:1 hesablı qələbə qazanıb. Emil Qasımovun het-trik etdiyi oyunda digər qolları Xəqani Sadıqov, Turan Vəlizadə, Murad Mahmudov və Kamran Quliyev vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43