14 İyul 2026
İdman

Millimiz dünya və Avropa reytinqində irəlilədi

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi dünya və Avropa reytinqində irəliləyib.

İdmanxeber.az Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, buna yığmanın qitə çempionatında reytinqdə özündən irəlidə olan kollektivlərə qalib gəlməsi səbəb olub.

Milli dünya reytinqində 5 pillə irəliləyərək 38-ci yerdən 33-cü yerə, Avropa reytinqində isə 3 pillə irəliləyərək 23-cü pillədən 20-ci pilləyə yüksəlib.

Qeyd edək ki, Avropa çempionatında yer aldığı C qrupunu 5 xalla 5-ci pillədə başa vuran Azərbaycan millisi 1/8 finala yüksələ bilməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43