Milli komanda

Millimiz İsveçdə darmadağın oldu – YENİLƏNİB

Azərbaycan milli komandası bu gün AVRO-2024-ün seçmə mərhələsində ikinci oyununu keçirib.

İdmanxeber.az-ın məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu kollektiv səfərdə İsveç yığması ilə üz-üzə gəlib. İlk matçda səfərdə Avstriya yığmasına 1:4 hesabı ilə məğlub olan millimiz bu görüşdə də uduzub.

İsveç başdan sona üstün oynayaraq matçdan 5:0 hesablı qələbi ilə ayrılıb.

AVRO-2024, seçmə mərhələ

II tur

27 mart

F qrupu

22:45. İsveç – Azərbaycan 5:0

Baş hakim: Stefani Frappar

Baş hakinin köməkçiləri: Mikael Berşebru, Matyö Qrosbost
VAR: Benua Millot
AVAR: Erik Vattellye
Dördüncü hakim: Bastyen Deşepi (hamısı Fransa)
Solna, “Frends Arena”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43