Milli komanda

Millimiz onların 5 illik həsrətini 5 qolla bitirdi

Millimiz AVRO-2024-ün seçmə mərhələsinin ikinci oyununda İsveçlə qarşılaşıb və rəqibi qarşısında rüsvay olub – 0:5.

İdmanxeber.az-ın məlumatına görə, millimizin bu məğlubiyyəti İsveç seçməsinin 5 illik həsrətinə son qoyub. Belə ki, isveçlilərin sonuncu dəfə minimum 5 qol vurduğu matç 2017-ci ilə təsadüf edir. Həmin il DÇ-nın  seçmə mərhələsində Lixtenşteyni qonaq edən İsveç millisi rəqibini top atəşinə tutub – 8:0.

2017-ci ildən bu yana isveçlilər heç bir komandanın qapısına 4-dən çox qol vura bilməmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43