Milli komanda

Millimiz Malta ilə qarşılaşacaq

21 yaşadək futbolçulardan
ibarət Azərbaycan yığması noyabrın 4-dən 10-dək Bakı şəhərində, noyabrın
11-dən 17-dək isə Maltanın Valetta şəhərində təlim-məşq toplanışında
olacaq.

İdmanxeber.com-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə,
hazırlıq prosesi çərçivəsində yığmamız noyabrın 16-da “Hibernians”
stadionunda Maltanın U-21 yığma komandası ilə yoldaşlıq oyunu keçirəcək.

Qeyd edək ki, Namik Ələskərov noyabrın 7-də, Taşkın İlter isə noyabrın 15-də komandaya qoşulacaq.

Məqsəd İsayev – Neftçi

Samir Məsimov – Neftçi

Elvin Bədəlov – Neftçi

Azər Salahlı – İnter

Fuad Bayramov – İnter

Abbas Hüseynov – İnter

Coşqun Diniyev – İnter

Rəşad Əzizli – Simurq

Vadim Abdullayev – Simurq

Şahrudin Maqomedaliyev – Sumqayıt

Tərlan Əhmədli – Sumqayıt

Cəmil Hacıyev – Sumqayıt

Elvin Camalov – Qəbələ

Sadiq Quliyev – Qəbələ

Namik Ələskərov – Qarabağ

Azad Kərimov – Bakı

Taşkın İlter – “Braunşeiq” (Almaniya)

Bayram Budaqov – klubsuz

Dursun Akdağ – “Hammer SpVg” (Almaniya)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43