İdman

Millimiz Olimpiyada da iştirak edəcək

Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Honqkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində növbəti oyununa çıxıb.

İdmanxeber.az məlumat verir ki, yığma final oyununda Polşa seçməsi ilə qarşılaşıb. Qızlarımız əlavə vaxta gedən final oyununda Polşa millisinə 18-17 hesabı ilə qalib gələrək, Paris-2024 Olimpiadasına vəsiqə qazanıb.

Qeyd edək ki, bu, Azərbaycanın komanda idman növləri tarixində bir ilkdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43