05 İyul 2026
Kateqoriyasız

Millimiz Özbəkistana uduzdu

19 yaşadək qızlardan ibarət Azərbaycan yığması ötən gün yoldaşlıq oyunu keçirib.
 
İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, “Dalğa Arena”da Özbəkistanın U-19 komandası ilə qarşılaşan yığmamız 0:2 hesabı ilə məğlub olub.

Xatırladaq ki, bu komandalar arasında iyulun 15-də keçirilmiş yoldaşlıq oyununda yığmamız qalib gəlmişdi – 2:1.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43