Ölkə futbolu

Millimiz qələbə qazandı

19 yaşadək qızlardan ibarət Azərbaycan yığması bu gün yoldaşlıq oyunu keçirib.

İdmanxeber.com-un məlumatına görə, “Dalğa Arena”da Özbəkistanın U-19 komandası ilə qarşılaşan yığmamız 2:1 hesabı ilə qələbə qazanıb.

 Komandamızın qollarını Manə Mollayeva və Kristina Bakarandze vurub.

İyulun 17-də, saat 19:00-da, “Dalğa Arena”da bu komandalar arasında növbəti yoldaşlıq oyunu keçiriləcək.
 

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43