Ölkə futbolu

“Qarabağ”ın potensial rəqibi qələbə qazandı

“Qarabağ”ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki potensial rəqibi “Viktoriya” yoldaşlıq oyunu keçirib.

İdmanxeber.com-un məlumatına görə, Çexiya çempionu Türkiyə təmsilçisi “Başakşehirspor”la qarşılaşıb.

Oyun çexlərin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 86-cı dəqiqədə Krmençik vurub. 

Plzen təmsilçisi iyulun 19-da daha bir görüşdə qüvvəsini sınayacaq ki, rəqib Moskva “Lokomotiv”i olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43