Ölkə futbolu

“Slovan”nın baş məşqçisi: “Azərbaycan üçün uzun yol getməli olacağıq”

“Kəpəz” – “Admira” cütünün qalibi Avropa Liqasının 3-cü təsnifat mərhələsində Çexiyanın “Slovan” klubu ilə qarşılaşacaq.

İdmanxeber.com-un məlumatına görə, “Slovan”ın baş məşqçisi Henrix Trpişovski püşkü şərh edib:

“Hər iki komanda çətin rəqibdir. Azərbaycan futbolu mənim üçün həmişə qeyri-müəyyən olub. Ona görə də istəyirəm ki, “Admira” ilə qarşılaşaq. Avstriya bizə yaxın ölkədir. Azərbaycan üçün uzun yol getməli olacağıq. Avstriya klubunu daha yaxşı tanıyıram. “Admira” ilk oyunda qalib gəlib və şansları yüksəkdir. Amma cavab matçında hər şey ola bilər”.
 
Qeyd edək ki, “Kəpəz” – “Admira” cütünün cavab matçı iyulun 20-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43