Milli komanda

Millimiz üçün çexlər məğlubedilməz oldu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama oyununu keçirib.

İdmanxeber.com-un məlumatına görə, Avstriyada təlim-məşq toplanışı çərçivəsində Yaşar Vahabzadənin komandası yenə də çexiyalı həmyaşıdları ilə qarşılaşıb.

Bir neçə gün bundan öncə çexlərə 0:5 hesabı ilə məğlub olan komandamız bu dəfə də meydanı məğlub tərk edib.

Azərbaycan U-21 – Çexiya U-21 – 1:2

Qollar: Mahir Mədətov, 21 (1:0), Haşek, 84 (1:1), Sevçik, 86 (1:2)



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43