03 İyul 2026
Milli komanda

Millimiz yenə Makedoniyaya uduzdu

Makedoniyada təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası bu gün yoldaşlıq oyunu keçirəcək.

İdmanxeber.com-un məlumatına görə, yığmamız Bakı vaxtı ilə saat 12:30-da Makedoniyanın müvafiq yaş qrupuna aid komandası ilə qarşılaşacaq.

Xatırladaq ki,  toplanış müddətində bu komandalar arasında ilk yoldaşlıq oyunu iyunun 1-də keçirilib. Bu matçda millimiz 0:2 hesabı ilə uduzub.

3 iyun

12:30. Makedoniya – Azərbaycan 2-1


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43