Kateqoriyasız

Millimizin futbolçusu oynadı, komandası “Şaxtyor” və “Dinamo”nu qabaqladı

Azərbaycan millisinin futbolçusu Pavel Paşayevin şərəfini qoruduğu “Aleksandriya” Ukrayna Premyer Liqasının 4-cü turunda da qələbə ilə azarkeşlərini sevindirib.

İdmanxeber.az-ın məlumatına görə, Paşayevin komandası Kiyev “Arsenal”ı ilə qarşılaşıb və qələbə qazanıb – 1:0.

Matça start heyətində başlayan furbolçumuz əvəzlənmədən meydanda olub.

Qeyd edək ki, “Aleksandriya” 4 turdan sonra 12 xalla vahid liderdi. Onu Kiyev “Dinamo”su və “Şaxtyor” izləyir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43