Milli komandamızın hücumçusu Rüfət Dadaşov çıxış etdiyi Almaniya çempionatında növbəti dəfə klubunu dəyişib.
İdmanxeber.com-un məlumatına görə, öncə “Kayzerslautern”dən “Tsvaybrüken”ə keçən forvard indi də “Saarbruken”lə müqavilə imzalayıb.
22 yaşlı hücumçu 2016-cı ilin iyuluna kimi yeni komandasının şərəfini qoruyacaq.
Bu haqda məlumatı artıq klubun rəsmi saytı da yerləşdirib.