Dünyadan

“Real”da ciddi itki: 6 aylıq sıradan çıxdı

Madridin “Real” klubu ciddi itki ilə qarşılaşıb.

İdmanxeber.com-un məlumatına görə, “kral” klubunun futbolçusu Sami Xedira Almaniya millisi ilə məşq zamanı zədələnib.

Xediranın zədəsi ciddidi və onun azı 6 ay yaşıl meydanlardan kənar qalacağı bildirilir. 

Yay transfer dönəmində “Real”dan ayrılacağı gözlənilən, ancaq Madrid təmsilçisində qalmağı üstün tutan futbolçu ən yaxşı halda fevral ayında meydana çıxa bilər. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43