Dünya futbolu

Millimizin oyunçusu oynamadı, komandası mərhələni keçdi

Türkiyə kubokunda 3-cü mərhələnin oyunları keçirilib.

Azərbaycan millisinin müdafiəçisi Ufuk Budakın şərəfini qoruduğu “Boluspor” doğma meydanda aşağı liqa təmsilçisi “Payasspor”la qarşılaşıb. Matç meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

U.Budak bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43