Futzal üzrə dünya çempionatının 1/8 finalında bu gecə keçiriləcək Tailand – Azərbaycan oyunu televiziya vasitəsi ilə canlı yayımlanacaq.
İdmanxeber.com-un məlumatına görə, Kolumbiyanın Medellin şəhərindəki Coliseo Ivan de Bedout idman kompleksində keçiriləcək görüş İctimai televiziya kanalında birbaşa nümayiş olunacaq.
Qeyd edək ki, oyunun start fiti Bakı vaxtı ilə saat 02.30-da veriləcək.