Xorvatiyalı mütəxəssis Nikola Yurçeviç Livan Futbol Assosiasiyası ilə razılığa gəlib
İdmanxeber.az-ın məlumatına görə, Azərbaycan millisinin sabiq baş məşqçisi sözügedən ölkənin yığmasını çalışdıracaq. Onun millidə debütü oktyabrın 12-də Podqoritsada Monteneqro ilə keçiriləcək yoldaşlıq görüşünə təsadüf edəcək.
Qeyd edək ki, Nikola Yurçeviç son dəfə 2019-cu ildə Azərbaycan yığmasını çalışdırıb.

