Cənubi Koreya liqasının 13-cü turuna start verilib.
İdmanxeber.az-ın məlumatına görə, millimizin üzvü Anton Krivotsyukun formasını geyindiyi “Tecon Xana Sitizen” səfərdə “Poxan Stilers”lə qarşılaşıb. Görüş ev sahibi komandanın 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Anton da matçın iştirakçısı olub. O, görüşə əsas heyətdə başlayıb və 70-ci dəqəqədə əvəzlənib.
“Tecon Xana Sitizen” 21 xalla turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.

