Millimizin üzvü Ufuk Budak “Samsunspor”la yeni müqavilə bağlayıb.
Türkiyə mətbuatının yaydığı xəbərə görə, 28 yaşlı futbolçu komandasıyla olan müqaviləsinin 6 ay daha uzadıb.
O, bir müddət əvvəl klubun borcu üzündən müqaviləyə təktərəfli son qoysa da, rəhbərlik futbolçunu razı sala bilib. Yenidən Samsuna qayıdan Budak 6 aylıq sözləşməyə qol çəkib və məşqlərə başlayıb.
Qeyd edək ki, Ufuk Budak “Samsunspor”a ötən ilin yayında “Manisaspor”dan keçib