15 İyun 2026
Dünya futbolu

Millimizlə oyun öncəsi Belçika yığmasında itki

Belçika millisi Azərbaycanla oyuna itki ilə çıxacaq.

İdmanxeber.az-ın məlumatına görə, Amadu Onana yığmamıza qarşı görüşü buraxacaq. Buna səbəb gənc yarımmüdafiəçinin zədədən əziyyət çəkməsidir.

22 yaşlı oyunçunun tibbi müayinədən sonra millimizlə görüşdə iştirak edə bilməyəcəyi dəqiqləşib. Bu səbəbdən Onana yığmanın düşərgəsini tərk edib.

Qeyd edək ki, noyabrın 19-da Brüsseldə keçiriləcək Belçika – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43