“Real”ın yarımmüdafiəçisi Luka Modriç klubdakı gələcəyi bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, xorvatiyalı futbolçu cari mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb.
Modriç 2012-ci ildən Madrid kollektivinin şərəfini qoruyur. 2018-ci ildə “Qızıl top” mükafatını qazanan 39 yaşlı xorvatiyalı futbolçu, altı dəfə Çempionlar Liqasının qalibi olub.

