Dünya futbolu

Mourinyo: “Qalatasaray”ın məni alması, Fellainini transfer etməkdən daha asandı”

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo adı “Qalatasaray”la hallanan Maruan Fellaini haqda açıqlama verib.

Portuqaliyalı mütəxəssis belçikalı futbolçunun komandadan ayrılmayacağını bəyan edib:

“Qalatasaray”ın məni alması, Fellainini transfer etməkdən daha asandı. O, bizim üçün çox vacib oyunçudur və ayrılması mümkünsüzdür”.

Təcrübəli mütəxəssis “Çelsi”dən “Mançester Yunayted”ə keçəcəyi gözlənilən Nemanya Matiç haqda da danışıb:

“Matiç bizə gəlməyi çox istəyir. Onu tranfer etmək üçün yaxşı şansımız var. Forma nömrəsi də hazırdır və onun yolunu gözləyir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43