19 İyun 2026
Dünya futbolu

Mövsümün ən yaxşı baş məşqçisi açıqlandı

Nüfuzlu ESPN portalı 2024/25 mövsümü üçün Avropanın ən yaxşı məşqçilərinin reytinqini dərc edib.

İdmanxeber.az-ın məlumatına görə, siyahıya “Nottinqem Forest”in çalışdırıcısı Nunu Eşpirito Santu başçılıq edir. Portuqaliyalının rəhbərlik etdiyi komanda 36 turdan sonra 62 xalla Premyer Liqanın 7-ci pilləsində qərarlaşıb və mövsümün sonunda Çempionlar Liqasına vəsiqə qazanmaq şansını qoruyub.

Siyahıda ikinci PSJ-nin baş məşqçisi Luis Enrike ikinci, “Roma”nın çalışdırıcısı Klaudio Ranyeri isə üçüncüdür.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43