19 İyun 2026
Dünya futbolu

Lamin Yamal növbəti rekorda imza atdı

“Barselona”nın vingeri Lamin Yamal növbəti rekorda imza atıb.

İdmanxeber.az-ın məlumatına görə, 18 yaşlı futbolçu La Liqa tarixində 18 yaşına çatmamış iki dəfə çempion olan ilk oyunçu olub. O, ilk çempionluğunu iki il öncə qazanmışdı.

Yamal hazırkı mövsümdə 33 oyunda 8 qol vurub və 13 məhsuldar ötürmə verib. O, çempionluğu təmin edən matçda da həm qol vurub, həm də məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43