15 İyun 2026
İdman

Azərbaycanın iki güləşçisi İranda medal qazandı

Azərbaycanın 20 yaşadək iki güləşçisi İranın Behşehr şəhərində keçirilən “Necad Haşimi kuboku” turnirində medal qazanıb. 

İdmanxeber.az-ın məlumatına görə, ilk yarış günündə sərbəst güləş üzrə 57, 65, 74, 86 və 97 kq-da qaliblər müəyyənləşib.

7 ölkə idmançılarının mübarizə apardığı ənənəvi turnirin ilk günündə Azərbaycanın U-20 milli komandasının 2 üzvü fəxri kürsüyə qalxıb. Omar Gülməmmədov (74 kq) gümüş, Sədrəddin Həsənov (57 kq) isə bürünc medal qazanıb.

Vasif Bağırov, Hüseyn Hüseynov (hər ikisi 57 kq) və Məhəmməd Abbaszadə (86 kq) beşinci yerlə kifayətlənib.

Qeyd edək ki, bu gün 61, 70, 79, 92 və 125 kq-da medalçılar məlum olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43