27 İyul 2026
Ölkə futbolu

Müharibə millimizin futbolçusuna əngəl oldu, təklifləri geri çevirdi 

“Şamaxı”nın və U-21 millimizin üzvü Edqar Adilxanova ölkəxaricindən təklif var.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, gənc oyunçu Ukrayna klublarının diqqət mərkəzindədir. Sözügedən ölkənin 2 yüksək liqa təmsilçisi futbolçu ilə maraqlanıb.

Klublar menecerlər vasitəsilə Adilxanova təklif göndəriblər. Ancaq millimizin üzvü bundan imtina edib.

Buna səbəb Ukraynada davam edən müharibədir. Həmyerlimiz hazırda bu ölkəyə getməyin uyğun olmadığına qərar verib. 

Xatırladaq ki, 20 yaşlı futbolçunun “Şamaxı” ilə gələn mövsümün sonuna qədər müqaviləsi var.

Həsən Quluzadə  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43