05 İyun 2026
Dünya futbolu

Müller bir şərtlə “Bavariya”da qala bilər

Tomas Müller “Bavariya” rəhbərliyi ilə müqaviləsinin uzadılması ilə bağlı danışıqlar aparır.

İdmanxeber.az-ın məlumatına görə, 34 yaşlı futbolçu maaşının eyni səviyyədə qalacağı təqdirdə yeni müqavilə imzalamağa hazır olduğunu bildirib. Almaniyalı əmək haqqısının azaldılması ilə qəti şəkildə razılaşmır.

Müller karyerası ərzində “Bavariya”da çıxış edib. Onun hazırkı müqaviləsi gələn ilin yayında başa çatır.

Bu mövsüm futbolçu Bundesliqada 10 oyun keçirib, 1 qol vurub və 4 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43