AFFA-nın prezidenti Rövnəq Abdullayev milli komandaya kimin baş məşqçi təyin ediləcəyi ilə bağlı suala cavab verməyib.
İdmanxeber.az xəbər verir ki, bu barədə jurnalist Ceyhun Məmmədov sosial şəbəkə hesabından paylaşım edib. O bildirib ki, Naxçıvdan səfərdə olan qurum rəhbəri ilə qısa dialoqu olub:
“Rövnəq Abdullayev Naxçıvana gəlib. Yaxınlaşan kimi gülərək “Canni De Byazi barədə soruşma” dedi. Millini kimin çalışdırıcağı barədə sualıma isə “Araz Naxçıvan” oynayır da, kef edin” dedi və getdi”.

