Ölkə futbolu

“Müqaviləsi bitən futbolçuların bəziləri ilə razılaşılıb” – Laurentsiu Regekamf

“Qələbə qazandığımız üçün sevincliyik. İki oyunçumuzu itirməyimiz yaxşı olmadı. Ümid edirəm ki, durumları ciddi deyil. İkinci hissə daha yaxşı oynadıq. İlk yarıdan da naraza qalmamışam. Təəssüf ki, rəqib komandanın ən qısa boylu oyunçusu başla qapımıza qol vurdu. “Sabah”la oyuna daha yaxşı hazırlaşmalıyıq”. 

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekamf “Kəpəz” oyunu (3:1) sonrası deyib. O, daha sonra belə davam edib:

“Oyunçuları fərdi olaraq dəyərləndirmək istəmirəm. Aqil yaxşı futbolçudur, onu tanıyırıq. Hazırda İvan Brkiçə şans veririk. O, qarşıdakı oyunlarda bizə kömək etməlidir. Mövsümün sonudur, bəzi futnolçular dincəlməlidir. Ona görə də bu gün qarışıq heyət buraxdıq.

Məqsədimiz qalib gəlmək idi. Komandamın mübarizəsindən, davranışından razı qaldım. Onlar əllərindən gələnin ən yaxşısını etdilər.

Stabil çıxış etmək üçün heyət geniş olmalıdır. Müqaviləsi bitən oyunçularla danışıqlar olub, bəziləri ilə sözləşmə imzalanıb. Rəhbərlik bu barədə yaxın vaxtda açıqlama verəcək. Hazırda bütün diqqətimizi ölkə kubokuna yönəltmişik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43