Avropa liqalarında ən çox qol vuran gənc hücumçuların adları bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, bunlar Fransanın “Reyms” klubunda çıxış edən Folarin Baloqun və “Qarabağ”ın oyunçusu Musa Qurbanlıdır. Hər iki futbolçu da mövsümü 21 qolla tamamlayıb.
Müqavilə ilə “Arsenal”a məxsus olan 21 yaşlı hücumçu hazırda bir çox Avropa nəhənglərinin diqqət mərkəzindədir. Onun adı “Milan” və “Yuventus”la hallanır.
Musa Qurbanlının isə karyerasını hansı klubda davam etdirəcəyi bəlli deyil. Onun adı müxtəlif komandalarla çəkilsə də, hələlik bu barədə rəsmi bir şey yoxdur.
Xatırladaq ki, “Reyms” mövsümü 11-ci pillədə, “Qarabağ” isə çempion kimi tamamlayıb.

