Ölkə futbolu

Mustafa Dənizli: “Türkiyədən futbolçu transfer edəcəyik”

"Xəzər Lənkəran"ın yeni baş məşqçisi Mustafa Dənizli Türkiyənin "NTV Spor" kanalına müsahibə verib. Təcrübəli çalışdırıcı yeni komandasındakı debüt oyunundan və gələcək hədəflərindən danışıb:

"Komandada çoxlu legioner futbolçu var. Azərbaycanda Türkiyədəkinə oxşar sistem var. İlk 11-də 4 azəri, 7 xarici futbolçu oynayır. 4 azərbaycanlının 1-i 21 yaşı altı olmaq zərurəti var. Kubok yarışında birinci liqada üçüncü sıradakı klubla mübarizə apardıq. İddialı komanda ilə oyadıq və başlanğıc da əla oldu. Bu qələbə mənim üçün çox vacib idi".

"Çempionatın başa çatmasına 23 tur qalıb. Futbolda mümkünsüz bir şey yoxdur, çətin bir hədəfimiz var. 3 matç sonra ilk dövrə bitir. Avropaya getməyin iki yolu var. Əsas hədəfimiz ölkə kubokunu qazanmaqdır. Bunun üçün mütləq çalışacağıq, heç kəsin şübhəsi olmasın".

"Qış fasiləsində xarici transfer olacaqsa Türkiyədən ola bilər. Ancaq bu mümkün olmasa, başa ölkələrə üz tutacağıq. Bu həftənin sonu vacib bir oyunumuz var. Qalan turlarda 9 və ya 7 xal qazanmaq mühümdür".

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43