İdman

Mustafi: “Arsenal”ın üslubu ispan futboluna daha çox bənzəyir”

“Valensiya”nın müdafiəçisi Şkodran Mustafinin “Arsenal”a transferi reallaşmaq üzrədir. 

İdmanxeber.com-un məlumatına görə, almaniyalı futbolçu London klubu barədə bunları deyib:

“Milli karyerasını başa vurduğundan Mertezakerlə çoxdandır görüşmürəm. Əvəzində Özillə danışmışam. Mesut bilmək istədiklərimi mənə dedi. O, məni inandırmağı bacardı. Əslində “Arsenal”a həmişə simpatiyam olub. Bu komandanın futbolu xoşuma gəlir. “Topçular”ın üslubu ispan futboluna daha çox bənzəyir. Almaniya millisi kimi topa nəzarət etməyə çalışırlar. Bu səbəbdən “Arsenal”ın dəvətinə dərhal reaksiya verdim”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43