Kateqoriyasız

Mütəllimov 100-ə çatdı

Azərbaycan Premyer Liqasının 13-cü turu “Sumqayıt”ın futbolçusu Tellur Mütəllimov üçün əlamətdar olub.

İdmanxeber.az PFL-ə istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi çempionatda 100-cü oyununu keçirib. Bu, “Sabah”la ev matçına (1:2) təsadüf edib. Debütü 2015/16 mövsümündə gerçəkləşən Mütəllimov 100 oyunda 11 qol vurub. O, üç klubun şərəfini qoruyub. Premyer Liqada ilk dəfə “Zirə” forması ilə meydana çıxan futbolçu bu klubda 63 görüşdə 4 qola imza atıb. “Qəbələ”də 24 matça çıxan Tellur 5 dəfə fərqlənib. Millimizin üzvü “Sumqayıt”dakı 13 matçda 2 dəfə rəqib qapısına yol tapıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43