“Qarabağ” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin növbəti turunda səfərdə “Atletik”lə üz-üzə gələcək.
İdmanxeber.az-ın məlumatına görə, görüşdən öncə bukmeker kontorları matçın favoritini açıqlayıb. İspaniya təmsilçisi Ağdam klubundan aşkar üstün görülüb.
Belə ki, “Atletik”in qələbəsinə 1.41, Azərbaycan çempionunun qalibiyyətinə isə 7.85 əmsal verilir.
Görüşün heç-heçə bitmə ehtimalı isə 5.61 olaraq dəyərləndirilib.
Xatırladaq ki, “Atletik” – “Qarabağ” oyunu bu gün saat 20:45-də start götürəcək.

