İdman

Nazarov qovuldu, komandası 3 xal qazandı

Millimizin futbolçusu Dimitri Nazarov formasını geyindiyi  Almaniya II Bundesliqa komandası “Erzgebirge”nin heyətində növbəti matçına çıxıb.

İdmanxeber.com-un məlumatına görə, 11-ci tur çərçivəsində “Regensburq”u qəbul edən  “Erzgebirge” minimal hesabla qələbə qazanıb – 1:0.

Start heyətində meydana çıxan Nazarov qarşılaşmanın 20-ci dəqiqəsində meydandan qovulub. Buna səbəb onun aut atarkən topu bilərəkdən rəqib futbolçunun başına çırpması olub. Hakim futbolçumuza birbaşa qırmızı vərəqə göstərib.

Qeyd edək ki, 11 oyundan sonra ehtyatıda 16 xal olan “Erzgebirge” turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43