İdman

Nazarovun komandası 4-cü turda xal itirdi

Almaniya 2-ci Bundesliqasında 4-cü tura start verilib.

İdmanxeber.com-un məlumatına görə, millimizin üzvü Dmitri Nazarovun çıxış etdiyi “Aue” evdə Braunşvayq “Ayntraxt”ıyla üz-üzə gəlib.

Oyun qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Nazarov oyunun 62-ci dəqiqəsində meydana daxil olub.

Qeyd edək ki, “Aue” 3 xalla 12-ci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43