14 İyul 2026
Ölkə futbolu

“Neftçi” başqa ölkədən 5 nəfəri Bakıya dəvət etdi – Axtarışlar başladı

Bu mövsüm uğursuz olan “Neftçi” artıq yeni sezon hazırlıqlarına indidən start verib.

Paytaxt klubu ilk növbədə heyətinə əl gəzdirməklə məşğuldu. Komandanın baş məşqçisi Samir Abasov göndərilməli olan futbolçuların siyahısını rəhbərliyə təqdim edib. 

Klub həm də transfer çalışmalarına start verib.

İdmanxeber.az-a daxil olan məlumata görə, “ağ-qaralar” transfer məsələlərində uğurlu olmaqdan ötrü Türkiyədən 4-5 skautu Bakıya dəvət edib.

Sözügedən şəxslər bir neçə gündü paytaxtımızdadı və onlar “Neftçi” üçün keyfiyyətli futbolçu axtarışındadı. 

Qeyd edək ki, “Neftçi” təxminən 10-a yaxın futbolçu ilə yollarını ayıracaq və bir o qədər də yeni oyunçunu heyətə cəlb edəcək.

Fərid Nəsibov

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43