“Neftçi” heyətini yeni futbolçu ilə gücləndirə bilər.
İdmanxeber.az-a verilən məlumata görə, paytaxt təmsilçisi “Makkabi Netanya”da forma geyinən hücumçu Mateus Davo ilə maraqlanır. “Ağ-qaralar” şərtlər uyğunlaşarsa, 26 yaşlı futbolçunu transfer etmək istəyir.
Davonun klubu ilə gələn yaya qədər müqaviləsi var.
Braziliyalı hücumçu ötən mövsüm komandasının heyətində bütün turnirlərdə 30 oyun keçirib və 12 qol vurub.

