27 İyul 2026
Kateqoriyasız

“Neftçi” bu xəbərə sevindi

“Su çiçəyi” xəstəliyinə yoluxan “Neftçi”nin futbolçusu Rauf Əliyev komandayla birgə məşqlərə başlayıb.

İdmanxeber.com-un məlumatına görə, Əliyev sıraya dönsə də onun Premyer Liqanın 31-ci turu çərçivəsində “Qarabağ”la matçda start heyətdə meydana çıxmayacağı gözlənilir.

Qeyd edək ki, Flavinyo və Məqsəd İsayev də zədə səbəbindən bu matçı buraxmalı olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43