Bu gün Premyer Liqanın 15-ci turunda səfərdə “Sumqayıt”ın qonağı olacaq “Neftçi” bu oyuna ciddi itki ilə çıxacaq.
Belə ki, komandanın aparıcı üzvü Melvin Platye bu oyunda çıxış etməyəcək. Futbolçunun mədə-bağırsaq sistemində problem yaranıb və meydana çıxmaq iqtidarında deyil.