Kateqoriyasız

“Neftçi” HİK-ə darmadağın oldu

Azərbaycanı Avropa Liqasında təmsil edən “Neftçi” III təsnifat mərhələsində cavab oyununa çıxıb.

“Ağ-qaralar” Finlandiyada HİK-in qonağı olub. Helsinkinin “Bolt Arena” stadionunda keçirilən matçda meydan sahibləri 3:0 hesablı qələbə qazanıb. Bakıdakı ilk görüş 2:2 hesablı heç-heçə ilə başa çatdığından HİK pley-offa yüksəlib.

“Neftçi” mübarizəyə Konfrans Liqasının pley-offunda davam edəcək. “Ağ-qaralar”In burdakı rəqibi “Makkabi” (Hayfa, İsrail) – “Torshavn” (Farer adaları) cütünün qalibi olacaq.

Avropa Liqası
III təsnifat mərhələsi (cavab oyunu)

12 avqust

20:00. HİK (Finlandiya) – “Neftçi” (Azərbaycan) – 3:0
Qollar:
 Riku Riski, 46, 60 (pen.), 89

İlk oyun – 2:2


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43